Akkreditivlər üzrə Hesablaşmalar və Bank Qarantiyaları
Aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı sayəsində Yapı Kredi Bank Azərbaycan müştərilərə qabaqcıl beynəlxalq banklar tərəfindən təsdiqlənən Akkreditivlər və Qarantiyalər təklif edir.
Akkreditivlər
Yapı Kredi Bank Azərbaycan korporativ müştərilərə xarici ticarət üzrə aşağıdakı sənədli əməliyyatları təklif edir:
- Sənədli Akkreditiv
- Beynəlxalq Bank Qarantiyaları
- Rezerv Akkreditivlər
- Sənədli İnkasso
Bank Qarantiyaları
Yapı Kredi Bank Azərbaycan müştərilərə aşağıdakı qarantiya növlərini təklif edir:
İdxal Qarantiyaları:
- Ödəniş qarantiyası
- Tender qarantiyası
- İcra Qarantiyasi
- Əvvəlcədən Ödənmə Qarantiyası
- Tələb Qarantiyası
- Kreditlərin Qaytarılmasına dair Qarantiya
İxrac Qarantiyaları
- Qarantiyalarin avizo edilməsi
- Digər Bankların kontr-Qarantiyaları əsasında Qarantiyaların verilməsi
Sənədləşmə Proseduru
Ticarətin maliyyələşdirilməsi üzrə sazişlərin sənədləşdirilməsi üçün müştəri banka müraciət edir. Kredit mütəxəssisi ilə ilkin görüşdən sonra akkreditiv və ya Qarantiyain verilməsi üçün ərizə blankı doldurulur. Ərizədə ərizəçi haqqında, onun fəaliyyəti və maliyyə durumu, tələb olunan maliyyə vəsaitinin məbləği və hansı məqsədlə istifadə olunacağı haqqında məlumat verilir. Müştəri xarici tərəfdaşla imzalanmış, akkreditiv ilə hesablaşmanı və ya bank Qarantiyainin alınmasını nəzərdə tutan müqaviləni banka təqdim etməlidir. İlkin təhlildən sonra kredit muraciətina bankın kredit komitəsində baxılır və qərar alındıqtan sonra maliyyə vəsaitinin verilməsinə başlanılır.